Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 17-19° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz olacaq, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 17-22°, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacaq.