Bu il noyabrın 1-nə Azərbaycanda 1 397 137 vergi ödəyicisi olub. Bu barədə 10 noyabr tarixində Dövlət Vergi Xidməti məlumat yayıb.
Bu, ötən ilin noyabrın 1-i ilə müqayisədə 6,5% çoxdur.
Vergi ödəyicisinin 87,5%-i fiziki şəxslər, 12,5%-i hüquqi şəxslərdir. Son 1 ildə fərdi sahibkarların sayı 6,1% (ümumi artımın 82,5%-i), şirkətlərin sayı isə 9,4% (ümumi artımın 17,5%-i) artıb.