Azərbaycanda elektrik mühərrikli avtomobillər üçün II və III səviyyə elektrik enerji doldurucuları idxal gömrük rüsumundan azad edilib.
Bununla bağlı 11 noyabr tarixində Baş nazir Əli Əsədov “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qeyd olunub ki, hökumət başçısının imzaladığı yeni qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.