Şəki şəhərində elm və təhsil naziri Emin Əmrullayev vətəndaşları qəbul edəcək. Bu barədə noyabrın 14-də nazir öz Facebook səhifəsində məlumat paylaşıb.
Görüş noyabrın 25-də baş tutacaq. Qəbula Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarında qeydiyyatda olan sakinlər, o cümlədən bu ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlar yazıla bilərlər.
Qəbulda iştirak etmək istəyənlər 17 noyabr 2022-ci il (saat 18:00-dək) Təhsil Nazirliyinin 146-6 nömrəli Çağrı Mərkəzinə zəng, Nazirliyin saytının əlaqə bölməsi vasitəsilə elektron (https://edu.gov.az/az/contact) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.