Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirdə erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb. Bu barədə 11 noyabr tarixində Azərbaycan Boks Federasiyası məlumat verib.
Komandamızın heyətində Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən 1/2 finala yüksəlib. Buna 1/4 finalda rəqibi olan ermənistanlı Armen Quşçiyanın (Ermənistan) görüşdən imtinası və rinqə çıxmaması səbəb olub.
Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də baş tutacaq.