Ötən gün Azərbaycanda 9 yanğın baş verib. Bu barədə noyabrın 12-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə əməliyyatlar həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınlar söndürülüb.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib. 4 nəfər yanğın zamanı təxliyə olunub.