Fransa - Azərbaycan Dialoqu Assosiasiyası Fransa mediasına və bu ölkənin parlamentarilərinə müraciət edib. Bu barədə 11 noyabr tarixində AZfront Telegram kanalı məlumat verib.
Sözügedən müraciətdə aşağıdakı mövzularla bağlı çağırış edilib:
- Yerli reallıqları görmək və müharibənin fəsadlarını hiss etməyən “diaspor” nümayəndələrinin deyil, yerli sakinlərin fikirlərini eşitmək üçün Ermənistana və Azərbaycana, o cümlədən Qarabağa səfər etmək. Dağıntılar və etnik təmizləmələr tərəfdən Azərbaycan ərazilərinin işğalının nə demək olduğunu başa düşmək;
- Transsərhəd kommunikasiya yollarının açılması ilə Qafqaz ölkələrinin barışığını və iqtisadi inteqrasiyasını təşviq etmək;
- Fransanı “Ermənistanla bağlı indiki bəyanatlardan, eləcə də bu ölkəyə əbədi və kor-koranə sədaqətdən” uzaq neytrallığa və qərəzsizliyə məcbur edən vasitəçi statusuna qayıtmaq;
- Münaqişə tərəflərini və regiondakı əsas oyunçuları ardıcıl olaraq təhqir edən böyük rezonanslı ictimai bəyanatlardan və sadəcə “oda yağ qatan” parlament qətnamələrindən imtina etmək.