Ermənistanın işğalından azad edilmiş Füzuli rayonu ilə Türkiyənin Çorum şəhəri qardaşlaşıb. Bu barədə 11 noyabr tarixində “Haber Global” məlumat verib.
Bu istiqamətdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın protokol imzalayıblar.
Türkiyə nümayəndə heyəti Füzulidə səfərdə olub. Onlar işğal dövründə Ermənistanın Füzulidə törətdiyi vandalizm aktları ilə tanış olublar.
H.İ.Aşqın bildirib ki, Bakı ilə Ankara “iki dövlət, bir millət” şüarı ilə daim bir-birinin yanındadır.