Gədəbəydə avtomobil qəzası zamanı 5 nəfər xəsarət alıb. Bu barədə 14 noyabr tarixində Report məlumat verib.
Belə ki, "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çarpılması nəticəsində 1995-ci il təvəllüdlü A.Tağızadə, 1997-ci il təvəllüdlü B.Əkbərov, 1995-ci il təvəllüdlü Ç.Məhəmmədli, 1997-ci il təvəllüdlü D.Məhəmmədli, 1993-cü il təvəllüdlü Z.Ələkbərov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.