“Regionlarda şəhid ailələrinə ev verilməməsi fikri düz deyil. Bu günə kimi 4 000 evin 1 000-i regionlarda verilib”. Bunu 11 noyabr tarixində APA-ya əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, Bakı və Sumqayıtda şəhid ailələrinə verilən evlərin sayı daha çoxdur: “Lakin burada yaşayan şəhid ailələrinin sayı da çoxdur. Ona görə rəqəmlərdə bu fərq ortaya çıxır”.
“Dekabr ayı üzrə 3 rayonda şəhid ailələrinə 170 mənzil təqdim olunacaq”, - deyə nazir əlavə edib.