Azərbaycanın bədii gimnastları beynəlxalq yarışda 26 medal qazanıblar.
Beynəlxalq yarış gimnastika üzrə BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində keçirilib. Belə ki, 21 gimnastla təmsil olunan klub Vətənə 11 qızıl, 8 gümüş, 7 bürünc medalla qayıdıb. Vətənimizi çoxsaylı beynəlxalq yarışlarda təmsil edən Mina Abbasova 3 dəfə fəxri kürsüdə yer alıb.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Qazaxıstan, Hindistan, Litva, BƏƏ və Sinqapur da yarışa qatılıb.