Goranboyda içində hərbçilərin də olduğu hərbi maşın qəzaya uğrayıb. Bu barədə 11 noyabr tarixində Qafqazinfo məlumat verib.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov faktı təsdiq edib:
“Bu gün saat 16:00 radələrində N saylı hərbi hissəyə məxsus “QAZ 52” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı sərnişin dayanacağına çarpılıb. Daha sonra Xan Qərvənd kənd sakini Raqif Hüseynova məxsus “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı mülki avtomobilin sürücüsü xəsarət almayıb.
Hərbi avtomobildə olan 7 nəfər hərbçi müxtəlif dərəcəli xəsarətlər alaraq hospitala yerləşdirilib”.
Faktla bağlı araşdırma aparılır.