Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq arabir yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10°, gündüz 11-13° isti olacaq.
Rayonlarda yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9°, gündüz 13-18°, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.