İmişlidə yük avtomobili piyadanı vuraraq öldürüb. Bu barədə 14 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 13-ü saat 16 radələrində rayonun Xubyarlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini E.Əsgərov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Xubyarlı kənd sakini Bəhlul Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.