İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd ərazisində İrandan Azərbaycana narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb. Bu barədə noyabrın 14-də DSX məlumat yayıb.
Keçirilən tədbirlər nəticəsində Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb. Ondan təxmini çəkisi 9 kiloqram 900 qram olan narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.