Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə noyabrın 14-də DİN-dən xəbər verilib.
Hadisə rayonun Yanşaq kəndi ərazisində baş verib. Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.