Bakının Sabunçu rayonunda qadın əri tərəfindən qətlə yetirilib. Bu barədə noyabrın 11-də Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 44 yaşlı Vidadi Müseyibov aralarında yaranmış münaqişə zamanı həyat yoldaşını bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb. Adıçəkilən şəxs şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Bu ilin yanvar-iyun ayları ərzində məişət zorakılığı ilə bağlı 745 cinayət qeydə alınıb. Nəticədə 32 qadın həyatını itirib.