Noyabrın 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə 14 noyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılıb.
Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.
“Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - məlumatda bildirilib.