Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində partlayış olub. Nəticədə 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.
Türkiyənin daxili işlər nazirinin sözlərinə görə, hadisə PKK/PYD terror təşkilatı tərəfindən törədilib. Terror aktının törədənin isə qadın olduğu bildirilir. Hazırda o saxlanılıb.