Xəzər dənizinin Bakı şəhəri və Şabran rayonu akvatoriyalarında, Kür çayında, Mingəçevir su anbarında və Şərbətqobu Ovçuluq Təsərrüfatında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə 10 noyabr tarixində Report məlumat verib.
Brakonyerlərin Bakı şəhər sakini Salman Babayev, Şabran rayon sakinləri Ruslan Xamedov, İlham Məmmədov, Baba Heydərov, Tovuz rayon sakini Tural Ələsgərov, Sabirabad rayon sakini Davud Gülməmmədov, Saatlı rayon sakini İlqar İbrahimov və Yevlax rayon sakini İntiqam Hüseynov olduqları müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Sarısu, Mahmudçala və Şərbətqobu Ovçuluq Təsərrüfatlarında, eləcə də Salyan və İsmayıllı rayonlarında qanunsuz ov edən şəxslər saxlanılıblar.