Sabirabad şəhərində yanğın baş verib. Bu barədə noyabrın 12-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə zamanı sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları və 20 ton ot bağlaması kül olub.
Ot bağlamalarının qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.