Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana səfər edəcək. Bu barədə 25 oktyabr tarixində Report məlumat verib.
Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edəcək.
Assambleyanın Şura və Plenar iclaslarında gündəliyə çıxarılacaq məsələlərə dair fikir mübadiləsi aparılacaq. Milli Məclisin sədrinin plenar iclasda çıxış edəcəyi gözlənilir.
Səfər çərçivəsində spiker Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.