Noyabrın 14-19-da Şəkidə “İdman festivalı 2022” keçiriləcək. Bu haqda noyabrın 14-də İnsanoid Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
Şəki Olimpiya İdman Kompleksində baş tutacaq festivala 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi qatılacaq.
Noyabrın 17, 18 və 19-da idmançılar günün iki növbəsində - saat 10.00-13.00 və 15.00-18.00 aralığında şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar.
Həmçinin həmin günlərdə film nümayişi və rəsmi şəxslərlə görüşlər təşkil ediləcək.