Şəki Psixiatriya Xəstəxanasında ölüm hadisəsi baş verib. Bu barədə 12 noyabr tarixində “Qafqazinfo” məlumat verib.
Xəstəxanada yatan 53 yaşlı Telman Məmmədov ötən gün vəfat edib. Onun öz əcəli ilə dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.