Salyanda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb. Bu barədə 12 noyabr tarixində Report məlumat verib.
İki avtomobilin toqquşması zamanı 1972-ci il təvəllüdlü Hüseynov Azad Seyfəddin oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə gətirilib.
Müayinə zamanı ona kəllə-beyin travması, baş-beyinin əziyi və bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.