top
XII əsrin dahi sənətkarı Memar Әcəmi
14 oktyabr 2022, 05:47
- ↺ +

XII əsrin dahi sənətkarı Memar Әcəmi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əcəmi Əbubəkr oğlu Naxçıvani 1120-ci illərdə Naxçıvanda anadan olub. O, Yaxın və Orta Şərqin dahi memarı - Memar Әcəmi kimi şöhrət qazanmışdır.

Memar Әcəmi Naxçıvan memarlıq məktəbinin banisi hesab edilir. O, “şeyx-ül-mühəndis” (mühəndislərin başçısı) ləqəbini daşıyıb. Əcəmi həm inşaatçı-mühəndis, həm də memar olmuşdur. O, böyük ustalıqla həndəsi fiqurlardan naxışlar yaratmış, onları daş üzərinə həkk etmişdir.

Dahi sənətkarın yaradıcılığı Atabəylərin hakimiyyəti dövrünə aiddir. Onun məlum olan ilk əsəri Yusif ibn Küseyir türbəsidir. Memarın ikinci məşhur əsəri isə hökmdar Şəmsəddin Eldənizin birinci həyat yoldaşı Möminə xatunun türbəsidir. Tədqiqatçı-memarlar Möminə xatun türbəsini Hindistan memarlığının incisi Tac-Mahalla müqayisə edirlər.

Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında nəhəng bir ərazidə Eldənizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansaray və digər hökumət tikililəri də inşa edilmişdir. Lakin XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri nəticəsində bu memarlıq əsərləri məhv olunmuşdur.

Memar Əcəmi XII əsrin sonlarında vəfat edib.

Əcəminin yaradıcılığı əsrlər boyu Azərbaycanın və digər ölkələrin bir çox memarlarına təsir göstərmişdir. Hətta Әcəmidən 300 il sonra yaşamış böyük türk memarı Sinanın əsərlərində də dahi ustadın təsiri var. Alman sənətşünası Edzart Dits Sinanın hərbi səfərlər zamanı ordu mühəndisi kimi Naxçıvanda olduğunu və oradakı türbələri gördüyünü qeyd edib.

Bakı metrostansiyalarından biri Memar Əcəminin adını daşıyır.

Mənbələr:


  1. Azərbaycan Sovet Ensiklopediyası. IV cild. Bakı-1980

  2. Əcəmi Əbubəkr oğlu Naxçıvani. Bakı-1976

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Bu gün, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Bu gün, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Bu gün, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Bu gün, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Bu gün, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Bu gün, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
Dünən, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
Dünən, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
Dünən, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Dünən, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Dünən, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Dünən, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Dünən, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Dünən, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Dünən, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Dünən, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Dünən, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Dünən, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Dünən, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Dünən, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər