Bakının Yasamal rayonunda su borusu partlayıb. Bu barədə 26 oktyabr tarixində Report məlumat verib.
Qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb.
Qəza baş verməsi səbəbindən xəttə suyun verilişi dayandırılıb. Hazırda işçi briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb.