Pakistannın Lahor şəhərində 20 yaşlı Azərbaycan vətəndaşı Diana qrup halında zorlanmaya məruz qalıb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, Diana iki həftə əvvəl biznes (iş) məqsədilə Pakistana səfər edib. Hadisə günü iki naməlum qadın onu aldadaraq bir kafeyə dəvət edib. Daha sonra həmin qadınlar Diananı üç kişi tanışlarının olduğu mənzilə aparıblar. Mənzildə ona tərkibində keyləşdirici maddə olan içki verilib və hər üç kişi bütün gecə boyunca ona növbə ilə təcavüz edib.
Cinayətkarlar Diananın "iPhone" və digər baha dəyərli telefonunu əlindən alaraq onu hava limanı yaxınlığında maşından düşürüb qaçıblar. Köməksiz qalan qadın yoldan keçən bir şəxsin telefonundan istifadə edərək polisə zəng vurub.
Hadisə ilə bağlı polis məntəqəsində qrup halında zorlama və zəhərləyici maddə ilə zərər vurma maddələri üzrə cinayət işi açılıb. Polis rəsmiləri şübhəlilərin şəxsiyyətinin müəyyənləşdirildiyini və cinayətdə istifadə olunan avtomobilin götürüldüyünü bildiriblər. Hazırda onların həbs olunması üçün reydlər keçirilir.