Dağıstanda bir ata kartof yığımı üçün kiçik oğlunu "Lexus" markalı avtomobilin sükanı arxasına keçirib. Kişinin fikrincə, avtomobil sahə işlərini asanlaşdırmalı idi.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər yol polisi əməkdaşlarının diqqətini çəkib. Polis avtomobilin sahibini müəyyənləşdirərək şöbəyə çağırıb. Kişini sürücülük hüququ olmayan şəxsə avtomobil idarə etdirməyə görə cərimə gözləyir.