top
Evdə hazırlanan və bazara çıxarılan qidalara sertifikat tələbi olacaq? – AQTA-dan CAVAB
Bu gün, 10:08
- +

Evdə hazırlanan və bazara çıxarılan qidalara sertifikat tələbi olacaq? – AQTA-dan CAVAB

Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara serfitikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir.

İnsanoid.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub. Lakin hansısa serfitikat tələbi yoxdur.

"Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı"nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edir", - deyə o vurğulayıb.

İ.Kərimov əlavə edib ki, həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır.

"Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışı təmin etməklə biznesə dəstək üçün şərait yaratmaq, ən əsası isə istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması ilə insan həyat və sağlamlığına töhfə verməkdir.
Sonda bildiririk ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır", - deyə o bildirib.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə və bir sıra yerli KİV-lərdə ev şəraitində hazırlanaraq bazara çıxarılan məhsullara sertifikat tələbinin olacağı bildirilib. Həmçinin vurğulanır ki, sertifikatı olmayan şəxslər cərimələnəcəklər.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 11:01

Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib

Bütün Xəbərlər
Bu gün, 10:29

Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb

Bütün Xəbərlər
Bu gün, 10:21

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Bütün Xəbərlər
Bu gün, 09:59

DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir

Bütün Xəbərlər
Bu gün, 09:57

Ciqan bağ evində işçilərinə atəş açıb: Repçi xidmətçiləri və mühafizəçiləri girov saxlayıb

Bütün Xəbərlər
Dünən, 16:49

"Avtovağzal" və "Xocəsən" metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq yaradılıb

Bütün Xəbərlər
Dünən, 16:45

"Barselona"dakı azərbaycanlı - "Gədəbəydə çalışır, beynəlxalq konfranslara qatılırdım"

Bütün Xəbərlər
Dünən, 16:02

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Bütün Xəbərlər
Dünən, 15:45

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb

Bütün Xəbərlər
Dünən, 14:33

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB

Bütün Xəbərlər
Dünən, 13:10

Özəl tibb müəssisəsi 6 min, direktoru 3 min manat cərimələnib

Bütün Xəbərlər
Dünən, 12:52

İş adamının yeniyetmə nəvəsinin qadını güllələməsinin TƏFƏRRÜATI

Bütün Xəbərlər
Dünən, 12:47

DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikaları yol qəzalarına şərait yaradır

Bütün Xəbərlər
Dünən, 12:37

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Dünən, 12:31

Sabah Azərbaycanda 34 dərəcə isti olacaqс

Bütün Xəbərlər
Dünən, 09:10

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri bəlli olub

Bütün Xəbərlər
21 sentyabr 2026, 16:39

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar visa prosedurları sadələşdirilir - SƏRƏNCAM

Bütün Xəbərlər
21 sentyabr 2026, 16:17

Zahid Oruc tıxacların günahkarını açıqladı – Kənddən gələnlər...

Bütün Xəbərlər
21 sentyabr 2026, 16:15

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Bütün Xəbərlər
21 sentyabr 2026, 15:45

Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək

Bütün Xəbərlər
21 sentyabr 2026, 12:27

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Bütün Xəbərlər
21 sentyabr 2026, 12:23

Səyyad Aran: Deputatların səlahiyyəti artırılmalıdır

Bütün Xəbərlər
21 sentyabr 2026, 12:04

Xudavəng və Gəncəsər monastırları Albaniya tarixinin mühüm yadigarlarıdır

Oxşar xəbərlər