Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezident seçkiləri ilə əlaqədar Baş Assambleyası Özbəkistanın Səmərqənd şəhərində keçirilir.
İnsanoid.com xəbər verir ki, sentyabrın 26-27-də keçirilən tədbir şəhərdə yerləşən "İpək Yolu Sərgi Mərkəzi"ndə təşkil olunub. Assambleyada dünyanın müxtəlif ölkələrindən şahmat federasiyalarının nümayəndələri iştirak edirlər.
FİDE-nin vitse-prezidenti və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da Baş Assambleyadakı müzakirələrdə və seçki prosesində iştirak edir.
FİDE prezident seçkiləri təşkilatın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir.
Assambleyada FİDE-nin prioritetləri və şahmatın inkişafı müzakirə olunur, seçkinin nəticələri isə sentyabrın 27-də açıqlanacaq.
Araz Xəlilli