Fransada kiberhücumçular yüzlərlə supermarketin idarəetmə sisteminə müdaxilə edərək soyuducuları əsl "soba"ya çeviriblər.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, Danimarkanın "Danfoss" şirkətinə məxsus soyutma proqramını ələ keçirən hakerlər dərəcəni aşağı salmaq əvəzinə, temperaturu +50°C-yə qədər qaldırıblar.
Market sahibləri vəziyyəti anlayana qədər tonlarla ərzaq xarab olub və mağazalara milyonlarla avro ziyan dəyib.
Hüquq-mühafizə orqanları bu qeyri-adi "temperatura terroru"nun arxasında kimin dayandığını araşdırır.