İran prezidenti Məsud Pezeşkiyan Müctəba Xameneinin səhhətində ciddi problemlərin olması ilə bağlı gəzən şayiələrə münasibət bildirib.
İnsanoid.com xəbər verir ki, Prezident ixtisasca həkim olduğunu xatırladaraq onun səhhətinin tam qaydasında olduğunu vurğulayıb.
"Müctəba Xameneinin hər hansı konkret sağlamlıq problemi yoxdur. Sonuncu dəfə onunla yeddi saatdan çox davam edən görüşümüz oldu. Bu qədər uzun müddət oturmağa öyrəşməsək də, o, həmin saatlara rahatlıqla tab gətirə biləcək qədər gümrah idi. Tibb baxımından o, tamamilə sağlamdır. Bunu bir həkim kimi məndən eşidin və qəbul edin: onun heç bir problemi yoxdur", – deyə Pezeşkiyan bəyan edib.