Itkin düşən Quba sakini tapılıb. Bu barədə 8 aprel tarixində ShimalNews xəbər yayıb.
Qrızdəhnə kəndindən olan Bünyad Bünyatov martın 22-dən Sumqayıtda 25.000 manatlıq mal-qara satandan sonra itkin düşmüşdü. Günlərlə gedən axtarışdan sonra o, dünən axşam saatlarında Siyəzəndə yerləşən fermada tapılıb. Bünyadı aşkarlayan yeznəsi bildirib ki, tanınmaz vəziyyətdə olan kişinin danışmağa da halı olmayıb.
Məlumata görə, polis tərəfindən dindirildikdən sonra Bünyad evə buraxılacaq.