top
Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!
13 may 2026, 11:05
- ↺ +

Mayın 17-də imtahan verəcək şagirdlərin DİQQƏTİNƏ!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. Bu barədə İnsanoid.com DİM-ə istinadən xəbər verir.

Bildirilib ki, imtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7014 nəfərin iştirakı nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də: 1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; 3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; 4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; 5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; 6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı. İmtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in saytından çap edib götürə bilərlər. İmtahanlar saat 10:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanlarda 7014 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 42 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Ümumilikdə imtahanların idarə olunmasına 33 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 699 nəzarətçi, 94 buraxılış rejimi əməkdaşı və 33 bina nümayəndəsi ayrılıb. İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:21

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

Bütün Xəbərlər
Bu gün, 16:05

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb

Bütün Xəbərlər
Bu gün, 13:56

Prezident: "Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"

Bütün Xəbərlər
Bu gün, 13:35

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 13:31

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bütün Xəbərlər
Bu gün, 13:18

Ağır cinayətləri sifariş etməkdə ittiham olunan "Dəyirman Vahid"ə hökm oxundu

Bütün Xəbərlər
Bu gün, 13:12

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 11:43

Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 10:56

Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanovun vəziyyəti açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 10:41

Prezident: "Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

Bütün Xəbərlər
Bu gün, 10:20

Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Bütün Xəbərlər
Bu gün, 09:38

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Bütün Xəbərlər
Bu gün, 09:21

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Bu gün, 09:16

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:04

Prezident İlham Əliyev: "Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik"

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Oxşar xəbərlər