top
Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib
Bu gün, 10:32
- ↺ +

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur".

İnsanoid.com xəbər verir ki, bu, Media və Yayım Şurasının yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir:

"Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə "copy-paste" edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur.

Paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir və onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır.

Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.

İran və Türkiyədən, xüsusilə "Telegram" və "TikTok" platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.

Həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.

Azərbaycan Respublikası Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır".

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:00

Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi

Bütün Xəbərlər
Bu gün, 11:58

Bu tarixdən kartdan karta köçürmələrdə komissiya tutulacaq

Bütün Xəbərlər
Bu gün, 10:54

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün Xəbərlər
Bu gün, 10:35

Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:12

"Həbsxanada öləcək": Tupak Şakurun qətlinin təşkilatçısına 30 ildən sonra hökm oxundu

Bütün Xəbərlər
Bu gün, 09:49

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Bütün Xəbərlər
Bu gün, 09:16

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Bütün Xəbərlər
Bu gün, 09:07

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:17

Fransada kiberhücum: Hakerlər soyuducuları sobaya çevirdilər

Bütün Xəbərlər
Dünən, 16:46

Mixeil Saakaşvili Azərbaycanda məktəblərdə hicab məsələsinə münasibət bildirib

Bütün Xəbərlər
Dünən, 15:52

Novruz bayramı günü müəllimə olan arvadını qətlə yetirən şəxs: "Bıçağı corabımdan çıxardım…"

Bütün Xəbərlər
Dünən, 15:40

Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib - VİDEO

Bütün Xəbərlər
Dünən, 14:20

YAP AKP rəsmilərini Azərbaycana qarşı məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb

Bütün Xəbərlər
Dünən, 14:02

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib

Bütün Xəbərlər
Dünən, 13:46

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Bütün Xəbərlər
Dünən, 13:37

Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Bütün Xəbərlər
Dünən, 13:01

Bakıda qadının bıçaqlanmasının təfərrüatı: Əsəb xəstəsi olan oğluna mane olmaq istəyib...

Bütün Xəbərlər
Dünən, 12:52

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:45

Motosiklet qəzasında həyatlarını itirən şəxslərin ölümdən əvvəlki son görüntüləri ortaya çıxıb

Bütün Xəbərlər
Dünən, 11:57

Oktyabrın 15-də dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək

Bütün Xəbərlər
Dünən, 11:39

Balidə benzinin bitməsi adanı iflic edib - VİDEO

Bütün Xəbərlər
Dünən, 11:31

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub

Oxşar xəbərlər