top
Media və Yayım Şurası Türkiyə mediasındakı paylaşımlarla bağlı Bəyanat yayıb
Bu gün, 15:53
- ↺ +

Media və Yayım Şurası Türkiyə mediasındakı paylaşımlarla bağlı Bəyanat yayıb

"Son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların, əsassız və qərəzli iddiaların kütləvi hal alması ictimaiyyətimizdə təbii narahatlıq doğurur".

İnsanoid.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının Bəyanatında bildirilib.

Qeyd olunub ki, iki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşımasını, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılması və buna qarşı heç bir tədbir görülməməsi təəssüf doğuran və yolverilməz hal kimi qiymətləndirilir:

"Sözügedən paylaşımlar ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri deyil, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsidir. Bu kimi hallar hüquqi və etik çərçivələrə sığmamaqla yanaşı, Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə də ziddir. Hesab edirik ki, digər müvafiq hallarda olduğu kimi, həssas yanaşma və qanunvericiliyin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir.

Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir.

İctimaiyyətimiz iki dövlət və xalq arasında formalaşmış tarixi, siyasi və mənəvi bağlılığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsini qəbuledilməz hal hesab edir və belə cəhdlərin qarşısının alınması istiqamətində əməli addımlar atılmasını gözləyir".

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:54

Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub

Bütün Xəbərlər
Bu gün, 16:50

Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Bütün Xəbərlər
Bu gün, 16:19

Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Bütün Xəbərlər
Bu gün, 15:30

3 ildir evdən çıxmayan telefon aludəçisi müalicəni rədd etdi - VİDEO

Bütün Xəbərlər
Bu gün, 15:07

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Bütün Xəbərlər
Bu gün, 14:44

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 13:11

Tailandın paytaxtı Banqkokda daşqınlar səbəbilə fəlakət rejimi elan olunub - VİDEO

Bütün Xəbərlər
Bu gün, 12:44

Eyfelin fonunda zibil mənzərəsi müzakirələrə səbəb olub - VİDEO

Bütün Xəbərlər
Bu gün, 12:40

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:37

"Həkim kimi əmin edirəm ki, Müctəba tamamilə sağlamdır" – Pezeşkiyan/VİDEO

Bütün Xəbərlər
Bu gün, 12:08

"Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub

Bütün Xəbərlər
Bu gün, 11:57

Laçında traktor minaya düşüb

Bütün Xəbərlər
Bu gün, 11:55

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Bu gün, 10:22

Corcina nişan üzüyü ilə tennis ulduzunu geridə qoydu - VİDEO

Bütün Xəbərlər
Bu gün, 09:30

Prezident İlham Əliyev: "Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir"

Bütün Xəbərlər
Bu gün, 09:24

Səmərqənddə FİDE-nin prezident seçkiləri keçirilir və tədbirdə Azərbaycan da təmsil olunur

Bütün Xəbərlər
Bu gün, 09:16

Prezident İlham Əliyev: "Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər"

Bütün Xəbərlər
Bu gün, 09:15

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir

Bütün Xəbərlər
Dünən, 17:47

"Miss Yamayka" "Miss Kainat" təşkilatını məhkəməyə verib - VİDEO

Bütün Xəbərlər
Dünən, 17:17

NAVAI mühafizəçisinə avtomobil hədiyyə etdi - VİDEO

Bütün Xəbərlər
Dünən, 17:15

F1 təqviminin ən dar nöqtəsi: Bakıda 8 və 9-cu döngələr - VİDEO

Bütün Xəbərlər
Dünən, 16:06

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Bütün Xəbərlər
Dünən, 15:46

Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Oxşar xəbərlər