Vaqif Xaçaturyanın cinayət işi hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq. Bu haqda 6 oktyabr tarixində İnsanoid xəbər verir.
Məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
O, 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törədən qanunsuz erməni silahlı birləşmələrinin üzvü olub.
Xatırladaq ki, iyulun 29-da Vaqif Xaçaturyan səhhəti ilə bağlı Ermənistan ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində tutulub. Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib. Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.