top
Nepalda nə baş verib?
27 avqust 2026, 09:03
- ↺ +

Nepalda nə baş verib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əvvəlcə həqiqətən 4,4 bal gücündə zəlzələnin olduğu bildirilib. Lakin son məlumatlara görə, hər şeyin zəlzələdən deyil, nəhəng bir buzlaqın çökməsi ilə başladığı ehtimal edilir.

İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, hazırda mənzərə belədir - Təxminən 5200 metr hündürlükdə buzlağın aşağı hissəsi qopub.

Nəhəng bir buz, qaya və torpaq kütləsi təxminən 1200 metr dərinlikdə olan Lhende Khola çayı vadisinə çöküb.

Uçqun bir müddət çayın məcrasını kəsərək təbii bənd yaradıb.
Daha sonra toplanan su bəndi yararaq keçib — aşağıya doğru nəhəng su, palçıq və qaya parçaları axmağa başlayıb.

Bu dalğa Lhende-Khola çayından Bhote-Koshiyə, daha sonra isə Trisuli çayına keçib. Bəzi ərazilərdə suyun səviyyəsi cəmi yarım saat ərzində təxminən doqquz metr qalxıb. Bu, adi, tədricən baş verən daşqın deyil, qəfil sel idi.

Zəlzələyə gəlincə: ABŞ Geoloji Xidməti əvvəlcə 4,4 bal gücündə zəlzələ qeydə alsa da, sonra məlumatlarını yenidən nəzərdən keçirib: seysmik alətlər, ehtimal ki, zəlzələni deyil, nəhəng çökmənin özünü qeydə alıb - onun siqnalı təxminən 5,2 bal gücündə bir hadisəyə uyğun gəlirdi. Yəni hazırda ən ehtimal olunan nəticə belədir: uçquna zəlzələ səbəb olmayıb, əksinə, uçqunun özü ilk olaraq zəlzələ kimi qəbul edilib.

Buzlağın niyə qopduğu hələ ki tam müəyyən edilməyib. Peyk görüntüləri fəlakətdən əvvəl qarın intensiv əriməsini göstərir; qeyri-adi isti hava, buzlaqların zəifləməsi və Himalay dağlarında uzunmüddətli istiləşmə şübhəli amillərdir. Lakin dəqiq səbəbin müəyyən edildiyini iddia etmək hələ tezdir. Bu, həmçinin klassik buzlaq gölünün partlaması hadisəsinə bənzəmir. Əsas versiya indi çayın qarşısını kəsən buzlu qaya uçqunu hesab olunur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
22 oktyabr 2026, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
22 oktyabr 2026, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Oxşar xəbərlər