"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubunu 5:2 hesabı ilə məğlub edərək, iki oyunun nəticəsinə əsasən turnirin əsas mərhələsinə vəsiqə qazanıb və bununla da Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatına növbəti xalları əlavə edib.
İdman.Biz xəbər verir ki, bu tarixi qələbə sayəsində "Sabah" ölkənin aktivinə +1,750 xal əlavə edib. Bununla da Azərbaycanın cari mövsüm üzrə UEFA reytinqindəki xal ehtiyatı artıb və ölkəmiz 1-ci pilləyə yüksəlib.
Azərbaycan həmçinin UEFA reytinqində Sloveniyanı geridə qoyaraq 25-ci pilləyə yüksəlib. Ölkəmizin əmsalı 23,687-yə çatıb.
Bundan əlavə, Çempionlar Liqasının əsas mərhələsində iştirakına görə "Sabah" klub reytinqində artıq zəmanətli 6,000 bonus xal əldə edib.