top
Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar - AÇIQLAMA
Bu gün, 16:33
- ↺ +

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Naxçıvan duzu ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər narahatlıq yaradıb. Paylaşımlarda duzun suya əlavə edildikdə palçığabənzər hala düşdüyü iddia olunur. Bu isə məhsulun tərkibi və təhlükəsizliyi ilə bağlı geniş müzakirələrə yol açıb.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Naxçıvanda duz ehtiyatlarının tükəndiyini iddia edib. Onun sözlərinə görə, hazırda qayalar üyüdülərək duz adı altında satışa çıxarılır:

"Duz təmiz, ağ kristal şəklində olmalıdır. Naxçıvan duzunun hətta tender yolu ilə bəzi yerlərə külli miqdarda satılması barədə 12 il əvvəl açıqlama vermişəm. Həmin vaxt Naxçıvanın keçmiş iqtisadiyyat naziri mənə zəng edərək hədə-qorxu gəlmişdi.

Hazırkı vəziyyətdə təqdim olunan məhsul, əslində, duz deyil. Onun istifadəsinə yol verilməməlidir. Azad İstehlakçılar Birliyi bu cür məhsulların bazara çıxarılmasının əleyhinədir. Mənim məlumatıma görə, ümumiyyətlə, Naxçıvanda duz tükənib".   E.Hüseynov duz bazarında qiymətlər arasında ciddi fərqin olduğunu da vurğulayıb. O bildirib ki, bazarda bir kiloqramı 20 manata satılan duzla yanaşı, 40 qəpiyə təklif olunan duz da var:

"Əhali məndən soruşur ki, duz natrium xloriddirsə, onun tərkibində başqa nə var? Duz bazarı həddindən artıq çirklənib və burada çox qəribə vəziyyət yaranıb".

Birlik sədri, Azərbaycanda yodsuz duzun satışına da diqqət çəkib.Onun sözlərinə görə, 2001-ci ildə qəbul edilmiş "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında" qanunun 8.3-cü maddəsi ilə yodsuz duzun Azərbaycana idxalı və istehsalı, hətta heyvanlara yem məqsədilə verilməsi qadağan olunduğu halda, ölkənin əmtəə bazarında xaricdən gətirilən yodsuz duz satılır:

"Bu, qanunun pozuntusudur və əhali yodsuz duz almaqdan imtina etməlidir. Çünki ölkədə yod çatışmazlığı xəstəlikləri ilə bağlı böyük problem yaşanır".

Eyyub Hüseynov bəzi satıcıların İran duzunu Ukrayna duzu adı altında təqdim etdiyini də iddia edib:

"Qərb zonasından mənə məlumatlar gəlir ki, bir nəfər saxta Ukrayna duzu satır. Ukraynadan Azərbaycana duz gəlmir, həmin mədənlər dağılıb. Lakin bəzi satıcılar İran duzunu Ukrayna duzu adı altında satırlar. Çünki əhali sovet dövründən Ukrayna duzuna üstünlük verir və onu keyfiyyətli məhsul hesab edir. Bu işlə məşğul olan insanlara çağırış edirəm ki, saxta fəaliyyətlərindən əl çəksinlər. Qida Təhlükəsizliyi Agentliyinə müraciət edirəm ki, bu vəziyyətin qarşısı alınsın".

Mənbə: bakupost.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Bu gün, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Bu gün, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Bu gün, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Bu gün, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Bu gün, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Bu gün, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Bu gün, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Bu gün, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Bu gün, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Bu gün, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
Dünən, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
Dünən, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
Dünən, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
Dünən, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
Dünən, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
Dünən, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
Dünən, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
Dünən, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Cəmiyyət
Dünən, 12:30

Azərbaycanda qazla işləyən kombilər LƏĞV EDİLİR - Elektrikə KEÇİD

Cəmiyyət
Dünən, 12:26

Saytlar hakerlərin hədəfinə çevrilə bilər – Azərbaycanda ciddi xəbərdarlıq

Cəmiyyət
Dünən, 12:23

Yardımlıya yeni icra başçısı təyin edilib

Cəmiyyət
Dünən, 12:22

Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib

Cəmiyyət
Dünən, 12:16

Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Siyasət
Dünən, 12:16

Ermənistan TRIPP layihəsinin icrasına başlayır: Dəmir yolunun marşrutu artıq məlumdur

Cəmiyyət
Dünən, 12:02

Sədərəkdə arvadını, daha sonra özünü bıçaqlayan şəxs cəzadan azad edilib

Cəmiyyət
Dünən, 12:00

Rusiya Dövlət Duması Hökumətdə yeni təyinatları təsdiqləyib

Kriminal
Dünən, 11:24

Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib

Oxşar xəbərlər