top
Vətən müharibəsinin xronikası: 23 oktyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

İnsanoid.com hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

23 oktyabr - müharibənin 27-ci günü

• Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.

• Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad olunub.

• Prezident İlham Əliyev Milli Qəhrəman, Qubadlının azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

• Azərbaycan Ordusu cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirib, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, mühüm ərazi və yüksəkliklər azad edilib. Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna zərər vurulub. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Ermənistanın Tavuş və Sisian rayonundan gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən boyun qaçırıb, mövqelərini tərk ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib, digər iki PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib. Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən bir taktiki pilotsuz uçuş aparatı məhv edilib.

• Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 12:00-dək 63 mülki şəxs həlak olub, 298 nəfər xəsarət alıb, 2 min 156 ev, 90 çoxmənzilli yaşayış binası və 398 mülki obyekt yararsız vəziyyətə düşüb.

• Baş Prokurorluq Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 17:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin son statistikasını açıqlayıb.

• Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin darmadağın olunmasının, həmçinin yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsinin videogörüntülərini paylaşıb.

• Müdafiə Nazirliyi cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələrinin və döyüş texnikalarının, artilleriya bölmələrinin və komanda məntəqəsinin məhv edilməsi ilə bağlı videogörüntülər yayıb.

• ANAMA-nın mütəxəssisləri cəbhəyanı ərazilərdə raket və top mərmilərini zərərsizləşdiriblər.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
Dünən, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
Dünən, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
Dünən, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
Dünən, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
Dünən, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
Dünən, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
Dünən, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Cəmiyyət
Dünən, 12:30

Azərbaycanda qazla işləyən kombilər LƏĞV EDİLİR - Elektrikə KEÇİD

Cəmiyyət
Dünən, 12:26

Saytlar hakerlərin hədəfinə çevrilə bilər – Azərbaycanda ciddi xəbərdarlıq

Cəmiyyət
Dünən, 12:23

Yardımlıya yeni icra başçısı təyin edilib

Cəmiyyət
Dünən, 12:22

Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib

Cəmiyyət
Dünən, 12:16

Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Siyasət
Dünən, 12:16

Ermənistan TRIPP layihəsinin icrasına başlayır: Dəmir yolunun marşrutu artıq məlumdur

Cəmiyyət
Dünən, 12:02

Sədərəkdə arvadını, daha sonra özünü bıçaqlayan şəxs cəzadan azad edilib

Cəmiyyət
Dünən, 12:00

Rusiya Dövlət Duması Hökumətdə yeni təyinatları təsdiqləyib

Kriminal
Dünən, 11:24

Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib

Cəmiyyət
Dünən, 09:22

Yaponiyada əhalinin azalması səbəbindən 145 məktəbin bağlanılması planlaşdırılır

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 22 oktyabr

İqtisadiyyat
21 oktyabr 2026, 17:18

Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib

Mədəniyyət
21 oktyabr 2026, 17:12

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub

Cəmiyyət
21 oktyabr 2026, 17:12

Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib

Cəmiyyət
21 oktyabr 2026, 16:31

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib

Oxşar xəbərlər