top
Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik
24 iyun 2026, 18:00
- ↺ +

Rəsmi Bakı: Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, "Dağlıq Qarabağdan köçürülmüş" ermənilərə dəstək, "erməni məhbuslarının taleyi və onların azad edilməsi", "erməni dini və mədəni irsi," "Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları", habelə "Azərbaycanda insan hüquqları" kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik.

İnsanoid.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyasının üzvlərinin suallarına əsassız cavablarına dair şərhində deyilir.

XİN rəsmisi bildirib ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir: "Cavablarda Ermənistanın təhlükəsizliyi, "Dağlıq Qarabağdan olan ermənilər", "Azərbaycanda saxlanılan erməni əsilli şəxslər" kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur".

O qeyd edib ki, Fransa tərəfinin özünü sülh prosesinin tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq olduğunu bir daha göstərir: "Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meylləri təşviq edir və normallaşma prosesinə zərbə vurur.

"Erməni əsirləri və saxlanılan şəxslər" barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir. Azərbaycanda saxlanılan erməni əsilli şəxslər milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Ermənistanla yanaşı Fransanın da 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməni əsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və cəzalarını çəkirlər.

Ermənistanda və keçmiş işğal edilmiş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin "erməni mədəni və dini irsi" ilə bağlı iddiaları şərh etməsi gülüncdür".

Ayxan Hacızadə vurğulayıb ki, qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması, jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, eləcə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur: "Fransa XİN-in cavabları bir daha göstərir ki, Paris hələ də regionun reallıqlarını qəbul etməkdə çətinlik çəkir və Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir. Bu isə Fransanın həm regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur".

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:18

Ağır cinayətləri sifariş etməkdə ittiham olunan "Dəyirman Vahid"ə hökm oxundu

Bütün Xəbərlər
Bu gün, 13:12

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 11:43

Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 10:56

Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanovun vəziyyəti açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 10:41

Prezident: "Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

Bütün Xəbərlər
Bu gün, 10:20

Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Bütün Xəbərlər
Bu gün, 09:38

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Bütün Xəbərlər
Bu gün, 09:21

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Bu gün, 09:16

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:04

Prezident İlham Əliyev: "Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik"

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Oxşar xəbərlər