top
Azərbaycanın səhiyyə naziri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib
Bu gün, 17:42
- ↺ +

Azərbaycanın səhiyyə naziri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib.

İnsanoid.com Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Qırğızıstan, Türkiyə, Qazaxıstan və Özbəkistanın səhiyyə nazirliklərinin rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Qırğız Respublikasının səhiyyə naziri Damirbek Osmonov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və qarşılıqlı məlumat mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Teymur Musayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Türktransplant Vahid Məlumat Platformasının yaradılması təşəbbüsünün irəli sürüldüyünü bildirib.

Nazir Azərbaycanın səhiyyə sistemində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, cari ilin iyun ayında vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanılmasını və fasiləsiz mübadiləsini təmin edən "Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdim olunduğunu diqqətə çatdırıb.

Səhiyyə naziri Türk dövlətləri arasında vahid tibb-elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibb təhsili və elektron səhiyyə standartlarının müəyyənləşdirilməsi, eləcə də davamlı tibbi təhsilin təmin edilməsini əməkdaşlığın əsas istiqamətləri kimi qeyd edib.

İclas çərçivəsində nazirlər "Türk Dünyası Vizyonu – 2040" sənədi və TDT-nin 2022–2026-cı illər üzrə Strategiyası əsasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər səhiyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi, əsas səhiyyə xidmətlərinin davamlılığının təmin edilməsi, yoluxucu xəstəliklərə, təbii fəlakətlərə və digər fövqəladə hallara effektiv cavab tədbirlərinin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər

Tədbirdə "TDT Səhiyyə Nazirlərinin 6-cı Toplantısının Birgə Bəyannaməsi" imzalanıb. Bəyannamədə dərman vasitələrinin təhlükəsizliyi və əlçatanlığı, tibbi kadrların peşəkarlıq səviyyəsinin artırılması, səhiyyədə süni intellektdən məsuliyyətli istifadə, əsas qeyri-infeksion xəstəliklərlə mübarizə, səhiyyə infrastrukturu və əczaçılıq sənayesinə investisiyaların təşviqi kimi istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi əksini tapıb.

Tərəflər, həmçinin TURKTRANSPLANT təşəbbüsü çərçivəsində əməkdaşlığın davam etdirilməsi, ümumi tibbi turizm şəbəkəsinin inkişaf etdirilməsi, dərman vasitələri və tibbi avadanlıqların birgə satın alınması mexanizminin hazırlanması, TürkEMT təşəbbüsünün inkişaf etdirilməsi və səhiyyə sahəsində 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verilməsi barədə razılığa gəliblər.

İclas çərçivəsində Türk Dövlətləri Birliyinin Baş katibi Kubanıçbek Omuralıyev, Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov və Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə iki tərəfli görüşlər keçirilib.

 

Səhiyyə nazirlərinin VII iclasının Türkiyə Respublikasında keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində Bişkekdəki Qırğız-Türk Dostluq Xəstəxanasına səfər baş tutub.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:38

YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi

Bütün Xəbərlər
Bu gün, 15:51

Misir Mərdanov "Şərəf" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
Bu gün, 13:54

"Flydubai" təyyarəsində baş verənlərin TƏFƏRRÜATLARI

Bütün Xəbərlər
Bu gün, 12:42

Şənbə günü Azərbaycanda güclü yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 10:40

Prezident: "Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi"

Bütün Xəbərlər
Bu gün, 10:30

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

Bütün Xəbərlər
Bu gün, 09:53

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir

Bütün Xəbərlər
Bu gün, 09:09

Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək

Bütün Xəbərlər
Dünən, 17:05

ADY: "Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək"

Bütün Xəbərlər
Dünən, 16:40

AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib - FOTO

Bütün Xəbərlər
Dünən, 16:08

BƏƏ "Flydubai" təyyarəsi ilə bağlı insidentin araşdırılması üçün xüsusi qrup yaradıb

Bütün Xəbərlər
Dünən, 15:12

64 yaşlı Cim Kerri özündən 32 yaş kiçik rəssamla evləndi

Bütün Xəbərlər
Dünən, 15:06

Zaqatalada zəlzələ olub

Bütün Xəbərlər
Dünən, 14:41

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Si Cinpini təbrik edib

Bütün Xəbərlər
Dünən, 13:30

Sabah Azərbaycanda leysan yağacaq

Bütün Xəbərlər
Dünən, 12:23

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Bütün Xəbərlər
Dünən, 12:06

Pakistanda 23 yaşlı Diananı təcavüzkarlara satan qadın saxlanıldı

Bütün Xəbərlər
Dünən, 11:41

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb

Bütün Xəbərlər
Dünən, 10:41

İki ölümcül iynəyə tab gətirdi: qadının edamı yarımçıq qaldı

Bütün Xəbərlər
Dünən, 10:35

Azərbaycan Prezidenti: "Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"

Bütün Xəbərlər
Dünən, 10:26

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
Dünən, 10:15

Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Dünən, 10:04

Azərbaycanın yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Oxşar xəbərlər