top
Şəkidə Zipline əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb
Bu gün, 09:33
- +

Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub.

İnsanoid.com Baş Prokurorluğa istinadən xəbər verir ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu "Zipline" əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib.

Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və s. ekspertizalar təyin edilib, eləcə də, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, o cümlədən başvermə səbəbləri və şəraiti, "Zipline" qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu, eləcə də ona hüquqi qiymət verilməsi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış təsəvvür və çaşqınlıq yarada biləcək məlumatların yayılmasından, habelə ibtidai istintaqın normal gedişinə və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatların paylaşılmasından çəkinmələri xahiş olunur.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:07

Sentyabrın 10-u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür

Bütün Xəbərlər
Bu gün, 09:56

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Bütün Xəbərlər
Bu gün, 09:27

Ağdaş, Tərtər və Yevlaxın, habelə Bakının Yasamal rayonunun bir hissəsində işıq olmayacaq

Yerli xəbərlər
Dünən, 19:03

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Bütün Xəbərlər
Dünən, 15:05

Prezident İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
Dünən, 13:50

Göz rəngini dəyişdirənlər şəxsiyyət vəsiqəsini yeniləməlidir? – HÜQUQİ İZAH

Bütün Xəbərlər
Dünən, 12:36

Sabah Bakıda yağış, bölgələrdə leysan yağacaq

Bütün Xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib

Bütün Xəbərlər
Dünən, 12:11

Ceyhun Bayramov: "Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür"

Bütün Xəbərlər
Dünən, 11:05

Abdullah Zubir klubsuz qaldı

Bütün Xəbərlər
Dünən, 09:50

Xalq artisti Aleksandr Şarovski vəfat edib, Mehriban Əliyeva başsağlığı verib

Bütün Xəbərlər
Dünən, 09:47

Xalq artisti Aleksandr Şarovski vəfat edib

Bütün Xəbərlər
Dünən, 09:28

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Bütün Xəbərlər
Dünən, 09:17

Bakının Yasamal rayonu, Mingəçevir və Yevlaxın isə bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
08 sentyabr 2026, 16:10

AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir

Bütün Xəbərlər
08 sentyabr 2026, 15:57

Tanınmış modelyer Leyla Əhmədova həbs olunub

Bütün Xəbərlər
08 sentyabr 2026, 15:27

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün Xəbərlər
08 sentyabr 2026, 14:18

"Qarabağ" Koxalskinin gedişini rəsmən açıqladı

Bütün Xəbərlər
08 sentyabr 2026, 14:14

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Bütün Xəbərlər
08 sentyabr 2026, 13:00

Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib

Bütün Xəbərlər
08 sentyabr 2026, 12:41

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Bütün Xəbərlər
08 sentyabr 2026, 12:32

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Bütün Xəbərlər
08 sentyabr 2026, 09:12

UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür

Oxşar xəbərlər