Qubernator Çadçart Sittipuntun sözlərinə görə, sentyabrın 24-dən şəhərə təxminən 300 mm yağıntı düşüb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, əsas kanalların su ilə dolması nəticəsində yaşayış evləri ilə yolların su altında qaldığı bildirilir.
Rayon administrasiyaları su basmayan binalarda və məktəblərdə müvəqqəti sığınacaqlar təşkil edir. Sakinlərə isə evlərini tərk etməmələri tövsiyə olunub.