top
Vətən müharibəsinin xronikası: 30 sentyabr
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 30 sentyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

İnsanoid.com Vətən müharibəsinin xronikasını təqdim edir.

30 sentyabr - müharibənin 4-cü günü

• Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüb.

• Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə telefonla zəng edib. Şarl Mişeli Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumatlandıran dövlətimizin başçısı bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir.

• Azərbaycan Ordusu müharibənin dördüncü günü qətiyyətli əks-hücum əməliyyatını davam etdirib. Müdafiə Nazirliyinin məlumatına görə, əks-hücum əməliyyatının başlandığı dörd gün ərzində düşmənin ümumilikdə 2300-dən çox canlı qüvvəsi məhv edilib. Bundan başqa, Ermənistan ordusunun 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən çox avtomobil texnikası sıradan çıxarılıb. Təkcə sentyabrın 30-da Ermənistan ordusunun 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

• Düşmənin artilleriya atəşi nəticəsində Horadiz şəhərində bir mülki şəxs həlak olub, üç nəfər isə xəsarət alıb. Bununla da Ermənistan silahlı qüvvələrinin xain hücumları zamanı həlak olan mülki şəxslərin sayı 15-ə, xəsarət alanların sayı isə 49-a çatıb. Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:53

Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır

Bütün Xəbərlər
Dünən, 14:51

41 il edamını gözlədi, amma tək bir DNT testi hər şeyi dəyişdi

Bütün Xəbərlər
Dünən, 14:24

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib

Bütün Xəbərlər
Dünən, 13:22

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Bütün Xəbərlər
Dünən, 12:59

Koreyalılar divarlarda dırmaşa bilən qaynaqçı robot hazırlayıblar - VİDEO

Bütün Xəbərlər
Dünən, 12:52

Sabah rayonlara yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 12:22

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Bütün Xəbərlər
Dünən, 12:03

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib

Bütün Xəbərlər
Dünən, 11:15

Ata kartof yığımı üçün övladını "Lexus"un sükanı arxasına keçirib - VİDEO

Bütün Xəbərlər
Dünən, 10:57

Lənkəranda vətəndaşların 150 min manatdan çox vəsaitini ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün Xəbərlər
Dünən, 10:08

Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün Xəbərlər
Dünən, 10:02

İçki əvəzinə kitab: Yeni nəsil gecə klublarını belə dəyişir - VİDEO

Bütün Xəbərlər
Dünən, 09:01

Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq

Bütün Xəbərlər
Dünən, 08:58

Vətən müharibəsinin 3-cü günü: XRONİKA

Bütün Xəbərlər
28 sentyabr 2026, 17:25

Nepalda növbəti dəhşət, nəhəng sürüşmə dağı çaya aşırdı - VİDEO

Bütün Xəbərlər
28 sentyabr 2026, 16:37

AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb

Bütün Xəbərlər
28 sentyabr 2026, 15:03

Murad Adıgözəlzadə baba oldu

Bütün Xəbərlər
28 sentyabr 2026, 14:55

Nuhun gəmisinin sirri açılmaq üzrədir: Türkiyə genişmiqyaslı hesabat hazırlayır - VİDEO

Bütün Xəbərlər
28 sentyabr 2026, 14:53

Türkiyədə baş verən yol qəzasında bir rusiyalı qadın və bir Azərbaycan vətəndaşı həlak olub - VİDEO

Bütün Xəbərlər
28 sentyabr 2026, 14:52

Bakıda ana oğlunu öldürüb, özünü binadan atdı

Bütün Xəbərlər
28 sentyabr 2026, 13:30

Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
28 sentyabr 2026, 13:09

Sabah Bakıya yağış, dağlıq rayonlara qar yağacaq

Bütün Xəbərlər
28 sentyabr 2026, 13:02

Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq

Oxşar xəbərlər