Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub. Bu barədə Report.az xəbər yayıb.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Baş leytenant Elşən Ramazanov Zaqatala Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Polis Şöbəsində baş əməliyyat müvəkkili kimi çalışıb.