top
XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinə ziddir
Bu gün, 15:39
- ↺ +

XİN: Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlaması dostluq və qonşuluq münasibətlərinə ziddir

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir.

İnsanoid.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilib.

Bildirilib ki, Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir:

"Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir. Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən yanaşması anlaşılan deyil".

Bəyanatda vurğulanıb ki, dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir:

"Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə gedilməsi məsləhət görülmür. Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir".

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:06

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Bütün Xəbərlər
Bu gün, 15:46

Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib

Bütün Xəbərlər
Bu gün, 15:37

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Bütün Xəbərlər
Bu gün, 12:31

Prezident İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 12:24

BMT zalında təmirə ehtiyacı olan kreslolar

Bütün Xəbərlər
Bu gün, 12:16

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Bu gün, 12:07

Prezident İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib

Bütün Xəbərlər
Bu gün, 11:48

Prezident İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:25

Yerəvan və Bakı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq etmək barədə razılığa gəliblər

Bütün Xəbərlər
Bu gün, 11:22

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:18

Dövlət qulluqçularının xidməti fəaliyyəti 9 səriştə üzrə qiymətləndiriləcək

Bütün Xəbərlər
Bu gün, 11:16

Xaricdə təhsil almış şəxs müsabiqədənkənar yalnız bir dəfə dövlət qulluğu vəzifəsinə təyin edilə biləcək

Bütün Xəbərlər
Bu gün, 11:14

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün Xəbərlər
Bu gün, 11:06

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün Xəbərlər
Bu gün, 11:03

Azərbaycanlılar Qazaxıstanda faciə yerinə gələrək xilasedicilərə dəstək olublar - VİDEO

Bütün Xəbərlər
Bu gün, 10:58

Əfsanəvi stadionun ot örtüyü satışa çıxarıldı

Bütün Xəbərlər
Bu gün, 10:51

Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - ARAŞDIRMA

Bütün Xəbərlər
Bu gün, 10:37

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bütün Xəbərlər
Dünən, 17:30

3 qadın botoksdan sonra xəstəxanaya yerləşdirildi: Danışmaqda və görməkdə çətinlik çəkirlər

Bütün Xəbərlər
Dünən, 17:11

Bank kartları ilə bağlı qadağa

Bütün Xəbərlər
Dünən, 16:46

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün Xəbərlər
Dünən, 16:40

Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib

Bütün Xəbərlər
Dünən, 16:24

"El içində biabır olarıq" deyərək yenidoğulan nəvəsini öldürən nənə: "Çox peşmanam" - TƏFƏRRÜAT

Oxşar xəbərlər