"Bəli, cinayət əməlini törətdiyimi etiraf edirəm". Bu sözləri ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədov məhkəmə prosesində deyib.
Bu barədə 4 iyul tarixində Oxu.az məlumat verib.
Hakimin: "Özünüzü təqsirli bilirsiniz?" sualına o: "Bəli, təqsirli bilirəm", - deyə cavab verib.
Hakim Əhməd Əhmədovun törətdiyi hadisə ilə bağlı ifadə vermək istəyib-istəmədiyini soruşub.
Ə.Əhmədov isə ifadə vermək istəmədiyini bildirib.
Məhkəmə prosesi iyulun 23-ü saat 14:00 tarixinədək təxirə salınıb.